Yanğın baş verən Perinatal Mərkəzdən 16 yenidoğulmuş Yeni klinikaya köçürülüb

post-img

Yanğın baş verən Respublika Perinatal Mərkəzindən 16 yenidoğulmuş Yeni klinikaya köçürülüb.

Bu məlumatı  Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev verib.

Ə.Quliyev bildirib ki, yanğından təxliyə olunan 5 hamilə, 9 zahı və 16 yeni doğulmuş Yeni klinikanın müvafiq şöbəsinə yerləşdirilib.

“Bütün təyinatı üzrə şöbələr səfərbərdir. Xəstələrin vəziyyəti stabildir. Həmin pasiyentlərin Perinatal Mərkəzdəki həkimləri ilə mütəmadi əlaqə saxlanılır. Xəstələrin müalicəsi eyni qayda ilə davam etdirilir”, - deyə o, əlavə edib.

Son xəbərlər