Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinə Respublika Perinatal Mərkəzindən 15 yenidoğulmuş daxil olub

post-img

Yanvarın 9-da saat 05:15 radələrində təcili tibbi yardım maşınları vasitəsilə Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinə Respublika Perinatal Mərkəzindən 15 yenidoğulmuş daxil olub. Onlardan 8-i reanimasiya şöbəsinə, 7-ni isə intensiv nəzarət şöbəsinə yerləşdirilib.

Bunu jurnalistlərə müsahibəsində Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin pediatr-neonotoloqu Aysel Qədimova deyib.

"Altı körpənin vəziyyəti ağırdır. Onlardan üçü süni tənəffüs aparatında, üçü isə sipap tənəffüs dəstəyindədir. Digər körpələrin müayinə və müalicəsi aparılır. Onların vəziyyəti stabildir. Əlavə ağırlaşmalar olmayıb" , - deyə A.Qədimova qeyd edib.

Pediatr bildirib ki, şöbəyə daxil olanlardan 6-sı qız, 9-u oğlandır. Onlar arasında yanıq xəsarətləri alanlar yoxdur.

Son xəbərlər