Əfqanıstanda sərnişin avtobusu partladılıb

post-img

Əfqanıstan paytaxtının qərbində, əsasən xəzər etnik qrupundan olan şiələrin məskunlaşdığı Dəşti-Bərçi bölgəsində ötən gecə sərnişin avtobusu partladılıb. Məlumatı“Aamaj News” agentliyinə istinadən “İnterfaks.ru” verib. 

Kabildə mülki insanları daşıyan avtobusun partladılmasına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. 

Kabil Polis İdarəsi mətbuat mərkəzinin rəhbəri Xalid Zadran sosial şəbəkələrdə sərnişin avtobusunun partlaması nəticəsində 2 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.

İŞİD hücumda 20 nəfərin öldüyünü iddia edir.

P.ƏMİRCANOV
XQ

Dünya