Oskar mükafatlı "Parazit" filminin ulduzu ölü tapılıb

post-img

Oskar mükafatlı "Parazit" filminin ulduzu Li Son Kyun Seuldakı parkda ölü tapılıb. Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinin məlumatına görə, aktyorun 48 yaşı var idi.

Qeyd olunur ki, bundan əvvəl polisə aktyorun evdən çıxması barədə məlumat daxil olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin avtomobilini Seul parkının yaxınlığında tapıblar. Agentliyin məlumatına görə, Li Son Kyun avtomobilin içərisində olub və huşunu itirib.

Aktyorun intihar qeydi buraxdığı, məzmunu açıqlanmadığı bildirilir. "Yonhap" sənətçinin narkotik istifadə etdiyi iddiası ilə istintaqa cəlb edildiyini aydınlaşdırır.

O, “Parazit” filminə çəkildikdən sonra beynəlxalq şöhrət qazanıb. Li Son Kyun Kim ailəsinin üzvlərinin məskunlaşdığı evin sahibi Park rolunu oynayıb.

“Parazit” filmi 2019-cu ildə ekranlara çıxıb və dörd Oskar qazanıb. Bu, mükafatı qazanan ilk Cənubi Koreya filmi və ən yaxşı filmi qazanan ilk qeyri-ingilis dilində film olub. “Parazit” həm də "Qızıl Palma" budağı və "Qızıl Qlobus" mükafatını alıb.

S.ELAY

XQ

Dünya