Paşinyan Sankt-Peterburqa gedib

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya iki günlük səfərə gəlib.

XQ Caliber.az-a istinadən xəbər verir ki , bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Sankt-Peterburqda Paşinyan bu gün Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.

Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiyanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrliyinə yekun vurulacaq. Moskva bu vəzifəni 2023-cü il yanvarın 1-dən götürüb. 2022-ci ildə assosiasiyaya Qırğızıstan sədrlik edib, gələn il isə səlahiyyətlər Ermənistana keçəcək.

Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Birliyin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya