Kosmosdan siqnalları kim göndərir?

post-img

Astronomiya sahəsində elmlə bağlı maraqlı faktlar tez-tez dünyanı heyrətə salır. Bir müddət əvvəl alman və amerikalı alimlərin birgə apardıqları tədqiqatlar zamanı kosmosdan göndərilən radiosiqnallar aşkar edib. 

Tədqiqatçılar onların Günəş sistemindən kənardan gəldiyinə şübhə etmirlər. Bu siqnalların mənbəyinin enerjisinin şərti olaraq Günəşin gün ərzindəki şüasına bərabər olduğu bildirilib.

Bu əsasda müxtəlif fərziyyələr qurulub. Hesab edilib ki, bu, yad si­vilizasiyanın bizimlə əlaqə yaratmaq cəhdidir. Və ola bilsin ki, siqnallar kosmosda baş verən və müasir elmin bilmədiyi müəyyən proseslərin nəticəsidir. Hələlik, alimlər bu sahədə yekun qərara gəlməyiblər. 

PÜNHAN
XQ

Dünya