Driti Zir – “Yer gözəli”

post-img

Dünən “Yer gözəli–2023” müsabiqəsinin qaliblərinin ad­ları müəyyən olunub. Bu titula Albaniyadan olan gənc xanım Driti Zir layiq görülüb

Müsabiqədə bundan başqa, filippinli İlyana Aduana “Hava gözəli–2023”, vyetnamlı Do Thi Lan An “Su gözəli”, tailand­lı Kora Bliaalult “Od gözəli–23” seçiliblər.

Xatırladaq ki, 2001-ci ildən start götürən “Yer gözəli” mü­sabiqəsi “Kainat gözəli” müsa­biqəsindən sonra xanımlar ara­sında ən nüfuzlu gözəllik yarışı sayılır. Bu il müsabiqənin final hissəsi Vyetnamın paytaxtı Ha­noyda keçirilib. 

N.AYTƏN
XQ

Dünya