Qudyalçayda yeni körpü

post-img

Dünən Xaçmazda Qudyalçay üzərində tikilmiş yeni körpü istifadəyə verilib.

İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.

Respublika əhəmiyyətli Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 27-ci kilo­metrliyində, Qudyalçay qovşağının kör­pü sel sularının təsiri cari ilin sentyabr ayında dağılıb. Tikinti işləri 3 ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tiki­lib, kənarlarına məhəccər quraşdırılıb.

Qeyd edək ki, körpü istifadəyə veril­dikdən sonra da mühafizə bandlarının və istinad divarlarının tikintisi davam etdirilir.

XQ

Son xəbərlər