Fransa Nigerdəki səfirliyini bağlayır

post-img

Fransa Nigerdəki səfirliyini bağlamağa hazırlaşır. Bununla bağlı Fransanın Xarici İşlər Nazirliyindən diplomatik missiyasının əməkdaşlarına göndəriləb məktubda bildirilir. Məlumatı “Associated Press”ə istinadən “İnterfaks.ru” verib. 

Fransa XİN-in 19 dekabr tarixli məktubunda deyilir: “Xarici İşlər Nazirliyi təəssüflə səfirliyin işini qeyri-müəyyən müddətə bağlamaq məcburiyyətindədir”, məktubda deyilir.

Məktubun mətninə əsasən, səfirliyin əməkdaşları 2024-cü il aprelin 30-da buraxılacaq. Fransanın diplomatik mənbələri göndərilən məktubun həqiqiliyini təsdiqləyib. Mənbələrdən biri deyib: “Fransanın Nigerdəki səfirliyi artıq normal fəaliyyət göstərə və missiyasını yerinə yetirə bilməz”.

İyulun 26-da Niger Prezident Qvardiyasının bir hissəsi dövlət başçısı Məhəmməd Bazuma qarşı çıxış edib və o, hakimiyyətdən uzaqlaşdırılıb. Niger Silahlı Qüvvələrinin Baş Qərargahı qiyam təşkil edən döyüşçülərə dəstək verib. General Abdurahman Tçiani yeni rəhbər elan edilib. Nigerdəki böhran fonunda Niamey və Paris arasında münasibətlər kəskin şəkildə pisləşib. Fransa səfiri persona-non-qrata elan edilib və ölkəsinin qanunsuz hesab etdiyi hərbi hakimiyyətin bu qərarına bir neçə həftəlik müqavimətdən sonra sentyabrın 27-də Nigeri tərk edib.

Bundan əlavə, yeni hakimiyyət Fransa hərbi kontingentinin ölkəni tərk etməsini tələb edib. Fransa hökuməti oktyabr ayında ordunun Nigerdən çıxarılmasına başlayıb. Bu prosesin cümə günü, dekabrın 22-də başa çatacağı gözlənilir .

P.ƏMİRCANOV

XQ

Dünya