Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyində edilmiş mühüm yeniliklərə dair 300-dən çox işəgötürənin iştirakı ilə vebinar keçirib.
XQ xəbər verir ki, vebinarın Əmək Məcəlləsinə edilmiş və bu ilin yanvar ayında qüvvəyə minən 450-dən çox dəyişikliyi əhatə edən genişmiqyaslı islahat paketinin mahiyyətini işəgötürənlərə çatdırmaq məqsədi daşıyıb.
Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov əmək münasibətlərində yeni yanaşmaları formalaşdıran dəyişikliklər barədə məlumat verib. Bu dəyişikliklərin əmək münasibətlərində şəffaflığının artırılması, işçi hüquqlarının daha effektiv qorunması və işəgötürənlər üçün daha aydın hüquqi çərçivənin yaradılması baxımından əhəmiyyəti vurğulanıb.
Şöbənin əməkdaşları tərəfindən təqdimatlar edilib. Təqdimatlarda əmək qanunvericiliyə edilən əsas dəyişikliklər, onların tətbiq mexanizmləri, işəgötürənlər üçün praktiki tövsiyələr geniş şəkildə izah olunub.
Vebinar işəgötürənlər tərəfindən maraqla qarşılanıb. Onları maraqlandıran suallar da ətraflı şəkildə cavablandırılıb və real praktiki situasiyalar üzərindən izahlar verilib.

