ATMU Düşənbədə keçirilən beynəlxalq forumda təmsil olunub

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin turizm işi kafedrasının müdiri  Hafiz Hüseynov Tacikistan Respublikasının Düşənbə şəhərindəki Beynəlxalq Turizm və Sahibkarlıq Universitetində baş tutan “Davamlı İnkişaf üçün Tərəfdaşlıq: Yaşıl. Rəqəmsal. Ağıllı” (Partnership for Sustainable Development: Green. Digital. Smart) adlı beynəlxalq forumda  iştirak edib. 

Forumun gündəmində davamlı inkişaf, rəqəmsallaşma və “yaşıl” iqtisadiyyat prinsipləri əsasında müzakirələrin keçirilməsi nəzərdə tutulub. Mühüm platformaya əsaslanan tədbirdə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin, dövlət qurumlarının,eyni zamanda özəl sektorun səlahiyyətli nümayəndələri  təmsil olunub.

H.Hüseynov “Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolu” mövzusunda çıxışında Azərbaycanın sağlamlıq turizmi sahəsində mövcud potensialının perspektiv imkanlarına detallı aydınlıq gətirib. 

Beynəlxalq forum çərçivəsində fəaliyyət göstərən “Turizm Sənayesinin Davamlı İnkişafının Hüquqi Təminatı: Təcrübə və Perspektivlər” adlı tədbirin moderatoru olan H.Hüseynov  turizm sektorunda davamlı inkişafın hüquqi təminatı, rəqəmsallaşma və süni intellektin tətbiqi kimi aktual məsələlərin müzakirəsinin icrasında idarəetmə bacarığı ilə fərqlənib.

Qeyd edək ki ATMU nümayəndəsi, forum  çərçivəsində universitetin bakalavr səviyyəli tələbələri üçün nəzərdə tutulan  açıq dərsdə Azərbaycanda sağlamlıq turizminin inkişaf istiqamətləri, müasir turizm trendləri, sağlamlıq turizminin inkişaf perspektivləri və bu sahədə beynəlxalq təcrübənin əhəmiyyətindən  danışıb.

Z.HÜSEYNOVA
XQ



Təhsil