Tehran Pakistanını vasitəçiliyi ilə ABŞ tərəfinə çatdırıb ki, İran nümayəndə heyəti çərşənbə günü İslamabadda olmayacaq və hazırda danışıqlarda iştirak etməkdə perspektiv görmür.
Bu barədə İranın “Tasnim” xəbər agentliyinə istinadən “Anadolu” məlumat yayıb.
Səbəb, İran tərəfinin fikrincə, “ABŞ-ın əldə edilmiş razılaşmaları pozması”dır.
İran tərəfi hesab edir ki, Vaşinqton Livanda “atəşkəs rejimini təmin edə bilməyib”, danışıqların ilk mərhələsində həddindən artıq tələblər irəli sürüb və İran Hörmüz boğazını açdıqdan sonra dəniz blokadasını davam etdirib. Buna görə də İran danışıqlarda iştirakı “vaxt itkisi” hesab edir.
P.ƏMİRCANOV
XQ

