Təşəbbüs qrupu Rusiya Mərkəzi Seçki Komissiyasına 2024-cü ildə keçiriləcək prezident seçkilərində Rusiya Prezidenti Vladimir Putinin namizədliyinin irəli sürülməsi ilə bağlı rəsmi bildiriş təqdim edib. Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
"Qanunun müəyyən etdiyi müddətdə Mərkəzi Seçki Komissiyasına belə bir bildiriş daxil olub", - Bulayev bildirib.
Seçicilərin təşəbbüs qrupunun namizədliyin irəli sürülməsinə dəstək iclasının dekabrın 16-da Zaryadye parkında keçirilməsi nəzərdə tutulub.
P.ƏMİRCANOV
XQ