Məhz Qərb Kiyev rəhbərliyinə Moskva ilə danışıqlar aparmağı qadağan etdi , çünki bu, sülh demək olardı, lakin onlara hərbi əməliyyat lazımdır. Bu bəyanatla noyabrın 28-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. Məlumatı “İzvestiya.ru” verib.
“2022-ci ilin yazında Kiyev Rusiya Federasiyası ilə danışıqlar tələb etdi, Rusiya buna razılıq verdi və sorğuya cavab olaraq bu danışıqları aparmağa başladı. Amma Kiyevə danışıqları əngəlləyən Qərb idi, Vaşinqton idi, sözün əsl mənasında qadağan edən London idi”, - o, RT- yə müsahibəsində deyib.
O, danışıqların sülhə, münaqişənin deeskalasiyasına aparan yol olduğunu və Qərb dövlətlərinin buna ehtiyacı olmadığını, bundan sonra da hərbi əməliyyatların aparılmasının vacibliyini daim bəyan etdiklərini diqqətə çatdırıb.
Zaxarova Ukraynadakı münaqişə zamanı vəziyyəti yalnız döyüş meydanında həll etməyə çağıran Qərb elitası nümayəndələrinin təkrar bəyanatlarını xatırladıb.
P.ƏMİRCANOV
XQ