Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Albaniya dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dinamik inkişaf etmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqaya və onun xalqına bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin qeyd edilib ki, keçən il Azərbaycanın Albaniyada səfirliyinin təsis edilməsi, habelə həyata keçirilən qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərin yeni müstəviyə keçməsinə, müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda əməkdaşlığın genişlənməsinə təkan verib.
“İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslan dostluq əlaqələrimizin gücləndirilməsi, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam edirəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.