Putin minimum əmək haqqının 2024-cü ildən artırılması haqqında qanun imzalayıb

post-img

Rusiya Prezidenti Vladimir Putin gələn ilin əvvəlindən minimum əmək haqqının artırılması haqqında qanun imzalayıb. Bu barədə rəsmi hüquqi informasiya portalına istinadən “İnterfaks.ru” məlumat yayıb.

Məlumata əsasən, qanun xüsusən minimum əmək haqqını 2024-cü il yanvarın 1-dən əvvəlki illə müqayisədə 18,5 faiz artımla ayda 19 242 rubla çatdırılmasını nəzərdə tutur. 

Hazırda Rusiyada minimum əmək haqqı 16 242 rubl təşkil edir.

P.ƏMİRCANOV
XQ

Dünya