Türkiyə bazarında elektrik enerjisinin qiyməti AÇIQLANDI

post-img

Türkiyə bazarında elektrik enerjisinin bir meqavat-saat üçün ən yüksək qiyməti 2700 türk lirəsi olacaq. 

XQ xarici mediaya istinadən xəbər verir ki, aşağı məzənnə 1,253,41 lirə səviyyəsində təyin edilib.

İstanbul Enerji Birjası ticarət həcminə dair məlumatda bazar gününə nisbətən 74,31% artaraq 1,323 milyard lirəyə çatdığını göstərir.

Bazar günü bir meqavat-saat üçün elektrik enerjisinin ən yüksək qiyməti 2499,99 lirə, ən aşağı qiymət 553,12 lirə olaraq təyin olub.

Xatırladaq ki, 1 ABŞ dolları 28,86 lirəyə bərabərdir.

Ayşən Azadova 
XQ

Dünya