Rusiya Mərkəzi Bankı valyuta əməliyyatlarını bərpa edəcək

post-img

Rusiya Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından etibarən  daxili bazarda valyuta əməliyyatlarına yenidən başlayacağını açıqlayıb.

XQ xarici mediaya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən açıqlamada, 2024-cü ilin yanvar ayından etibarən daxili bazarda valyuta əməliyyatları davam edəcək.

Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə əlaqədar avqustun 10-da valyuta alışını dayandırıb.

Rusiyanın büdcə qaydalarına görə, neft və təbii qaz gəlirləri azaldıqda Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə xarici valyuta alınır.

Ayşən Azadova 
XQ

Dünya