Həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

post-img

Bu il avqustun 16-da Daşkəsən rayonunun Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilən xəncərlə həmkəndlisi Məmməd Əmrahova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Elnur Quluyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər