Ayda ayaq izləri itmir

post-img

Ayda nə külək, nə də su var, ona görə də “Apollon” astronavtlarından qalan ayaq izləri itməyəcək. Bu o deməkdir ki, Ayda qalan cihazlar, eləcə də astronavtların ayaq izləri min illərlə, hətta bəzi alimlərin fikrincə, milyonlarla il qalacaq. Yuxarıda qeyd etdiyimiz kimi ayaq izlərinin yağış və küləklə deformasiyaya uğraması mümkün deyil. 

Ay seysmik olaraq ölü cisimdir. Belə­liklə, vulkanların da bu izləri silməsi vari­antı yoxdur. Yalnız Aya düşən kiçik me­teoritlərlə deformasiya ola bilər, amma bunun üçün çox vaxt lazımdır.

Hətta bəzi astronomlar belə fikir bil­dirirlər ki, Günəş 4 milyard ildən sonra qırmızı nəhəngə çevriləcək. Bundan sonra Ayda “Apollon” missiyalarının izləri qalacaq.

Yeri gəlmişkən, hər sutka Yerə təx­minən 200 min meteorit düşür. Yerə hər gün 27 tona yaxın, il ərzində isə 10 min tondan artıq kosmik toz düşür. Son 500 il ərzində Yerin çəkisi kosmik maddələrin hesabına bir milyard ton artıb. 

P.ƏFƏNDİ
XQ

Dünya