Meysəridə şərab festivalı

post-img

Dünən Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalı keçirilib. 

Tədbirdə ölkəmizin müxtəlif bölgələ­rindən olan üzüm emalı və şərab isteh­salı zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərab dequs­tasiyaları, yarmarkalar, yerli və bey­nəlxalq ekspertlərin iştirakı ilə somelye (şərab servisi) kursları təşkil olunub. 

Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağın Tuğ kəndində yetişdirilən Azərbaycanın qədim yerli tex­niki üzüm sortu hesab olunan “Xındoq­nı”dan alınan qırmızı süfrə şərablarının təqdimatı olub.

FİDAN
XQ

Son xəbərlər