ABŞ Dövlət Departamenti daimi həll yolunun müstəqil Fələstin Dövlətinin yaradılması olduğunu bildirib.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "TRT Haber" telekanalının suallarına cavabında deyib. ABŞ rəsmisi İordan çayının qərb sahilində yüzlərlə mülki şəxsin öldürülməsinə cavab olaraq İsrailin özünümüdafiə hüququ var deməklə kifayətlənib.
Müxbir Əli Artmazın İordan çayının qərb sahilindəki proseslərlə bağlı suala Miller dəqiq cavab verməkdən yayınıb. Lakin o bəyan edib ki, daimi həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır.
Anar ƏLİ,
XQ