Süni intellekt kardioloqdur

post-img

Texnologiyaların inkişafı səhiyyə sahəsində xəyal edilənləri aşmaqdadır. Tibbin gen tədqiqatları sayəsindəki inanılmaz inkişafını nəzərə alsaq, bu gedişlə gələcəkdə bir insanın hansı yaşda hansı xəstəliyə tutula biləcəyini öncədən bilmək təəccüblü olmayacaq. 

Süni intellektin sayəsində tibbi personal xəstələrin sağlamlıq tarixçələrini, test nəticələrini və diaqnozlarını tez bir zamanda əldə edəcək. Onlar xəstəliyi düzgün proqnozlaşdıra bilirlər. Oksford Universsiteti tərəfindən aparılan bir araşdırmada süni intellektin minlərlə infaktın dəqiq proqnozunu verə biləcəyi müəyyən edilib. Bildirlib ki, süni intellekt vasaitəsilə indiyədək 3 mindən çox infakt düzgün proqnozlaşdırılıb. Tədqiqatçılar İngiltərədəki 8 xəstəxanada KT müayinəsindən keçən 40 mindən çox xəstənin məlumatlarını təhlil ediblər. Süni intellekt tərəfindən risk balları daha yüksək olan 744 xəstə üçün səhiyyə müəssisələrinə müraciət edilib. Nəticədə, müalicə planları həkimlər tərəfindən 45 faiz dəyişdirilib.

P.ƏFƏNDİ 
XQ

 

Dünya