Si Cinpin və Co Bayden arasında görüş

post-img

Çin Sədri Si Cinpinlə ABŞ Prezidenti Co Bayden arasında görüş Kremlin geniş gündəliyində deyil, lakin bununla bağlı xəbərlərin izlənilməsi planlaşdırılır. Bunu RF Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. 

“İki ölkə əslində ikitərəfli əlaqələr qurur. Bu, onların hüququdur, ona görə də bu, bizim gündəmimizdə geniş yer tutan mövzu deyil”, - o, brifinqdə deyib.

Peskov qeyd edib: “Ancaq əlbəttə ki, dünyanın iki ən böyük iqtisadiyyatının hər bir belə görüşü  hər kəs üçün vacibdir, ona görə də bu və ya digər şəkildə, əlbəttə ki, bu görüşü müşayiət edəcək mesajları izləyəcəyik”. 

Si Cinpin və Bayden arasında görüş bu gün San-Fransiskoda ATES liderlərinin qeyri-formal sammiti çərçivəsində baş tutacaq. 

P.ƏMİRCANOV

XQ

Dünya