Lavrov: Aİ Rusiyanı Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxara bilməyəcək

post-img

Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, buna nail olmayacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu işləməyəcək. Biz tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”, - deyə diplomatik idarənin rəhbəri bildirib.

Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana səfərindən sonra Qərb mətbuatında çıxan və bu ölkənin “Putinin həyəti” adlandırılan məqaləsini şərh edən Lavrov qeyd edib ki, Qərb dünyasının liderləri “daha çox alçaldıcı bəyanatlar verməyi özlərinə rəva görürlər”. “Fransa prezidenti Makron Qazaxıstana səfəri zamanı açıq şəkildə dedi ki, bu ölkənin heç vaxt kiminsə vassalı olmayacağına sevinir. Bu, diplomatik dil üçün də olduqca həyasızdır”, - nazir vurğulayıb.

Bundan əvvəl Makron Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra Qazaxıstanın "bəzi güclərin vassalı olmaqdan imtina etdiyini, ancaq Qazaxıstan xalqının xeyrinə onlardan bir neçəsi ilə balanslı tərəfdaşlıq qurduğunu" söylədi və bu fəlsəfənin Fransaya yaxın olduğunu qeyd etmişdi.

XQ

 

Dünya