Patruşev kütləvi qırğın silahlarından istifadənin risklərindən danışıb

post-img

Patruşev: ABŞ-ın hərəkətləri səbəbindən nüvə silahından istifadə riski artır

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB həmkarları ilə görüşü zamanı bildirib ki, ABŞ-ın hərəkətləri səbəbindən nüvə, kimyəvi və bioloji silahlardan istifadə riski artır.

O, qlobal təhlükəsizliyin pisləşməsini ABŞ-ın destruktiv siyasətinin təbii nəticəsi adlandırıb.

"Onların (ABŞ-ın) məsuliyyətsiz hərəkətləri nəinki köhnə böhranın kəskinləşməsinə və yeni böhranların yaranmasına kömək edir, həm də bu gün Yaxın Şərqdə müşahidə etdiyimiz münaqişələrin sülh yolu ilə həllinə mane olur", - Patruşev bildirib.

XQ

 

Dünya