Etirazçılar Blinkenin Konqresdə çıxışına mane olublar

post-img

İsrailin Qəzza zolağına hücumlarına etiraz edənlər ABŞ dövlət katibi Antoni Blinkenin Konqresdəki çıxışını pozublar. Məlumatı “Anadolu” verib.

Diplomatın Senatın Təxsisatlar Komitəsi qarşısında çıxışı dəfələrlə “Dərhal atəşi dayandırın!”, “Qəzzanın uşaqlarını xilas edin!”, “Qəzzanı azad edin!” və digər şüarlarla kəsilib.

Dövlət katibi ABŞ Prezidenti Co Baydenin Ukrayna və İsrailə 106 milyard dollar yardım tələbi ilə bağlı Senatda dinləmələrə başlayarkən fəallar “qanlı” əllərini qaldırıblar.

Polis etirazçıları zaldan aparmağa başlayarkən Blinken çıxışını dayandırıb və səssizcə gözləyib.

P.ƏMİRCANOV

XQ

Dünya