Krım körpüsündə nəqliyyatın hərəkəti kəsilib

post-img

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb. Bu barədə “Krım körpüsü: əməliyyat məlumatı” Telegram kanalı məlumat yayıb.

Dayandırmanın səbəbi açıqlanmır.

Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunub.

Moskva vaxtı ilə saat 7:00-da əməliyyat kanalı Krım körpüsünün hər iki tərəfindəki yoxlama məntəqələrinə getməkdə heç bir çətinlik olmadığını bildirib.

Bundan əvvəl isə bir gün öncə nəqliyyatın hərəkəti dayandırılmışdı. Səbəbi də açıqlanmayıb. Bir neçə saatdan sonra Taman və Kerçdən Krım körpüsündə hərəkət bərpa edilib.

Oktyabrın 22-də Krım körpüsü bir gündə iki dəfə bağlanıb.

S.ELAY

XQ

Dünya