Azərbaycan qazına olan təlabat ölkəmizi cəlbedici tərəfdaşa çevirir

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident cənab İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan və ölkəmizin bərpaolunan enerji sektorundakı potensialından danışıb. Dövlətimizin başçısı bildirib ki, cəmi 2 il əvvəl ölkəmiz Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Bu gün Avropa qitəsində yaşanan enerji böhranı fonunda Azərbaycan qazına olan təlabat ölkəmizi cəlbedici tərəfdaşa çevirir. Bu xüsusda, Prezidentin Azərbaycanın təbii qaz ixracı və “yaşıl enerji” potensialı ilə bağlı səsləndirdiyi rəqəmlər xüsusilə diqqət çəkir. Belə ki, 2022-ci ildə 19 milyard kubmetr qaz ixrac edən Azərbaycan, cari ildə bu rəqəmi 24 milyarda çatdıracaq. Bu rəqəmlər ölkəmizin qaz ixracının günü-gündən artdığının göstəricisidir.

Qeyd edək ki, Azərbaycanın “yaşıl enerji” sahəsində icrası planlaşdırılan qlobal layihələrdə pay sahibi olması, eyni zamanda ölkə daxilində bu sektora sərmayə yatırması iqtisadiyyatımızın şaxələndirilməsi baxımından da böyük önəmə malikdir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



İqtisadiyyat