Netanyahu Qəzzada quru əməliyyatı ilə bağlı planı imzalamaqdan imtina edib

post-img

İsrailin müdafiə qüvvələri Qəzza zolağında quru əməliyyatı üçün yekun plan hazırlayıb, lakin Baş nazir Benyamin Netanyahu onu imzalamayıb. Bu barədə oktyabrın 26-da “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib.

Qeyd edilir ki, Netanyahu bu qərarı ilə zabitləri qəzəbləndirib. Onun planı imzalamaqdan imtina etməsinin səbəblərindən biri də HƏMAS hücumundan sonra yaradılmış fövqəladə hökumət üzvləri tərəfindən əməliyyatın yekdilliklə təsdiqlənməsi istəyidir.

Bundan başqa, analitiklər hesab edirlər ki, baş nazir planı təkbaşına təsdiqləməkdən qorxur, çünki baş tutmayacağı təqdirdə ona ictimai etimadın azalması riski, eləcə də ittihamlar var.

P.ƏMİRCANOV
XQ

Dünya