BMT TŞ-də Ukrayna ilə bağlı açıq iclas keçiriləcək

post-img

Bu gün yerli vaxtla saat 15:00-da ( Ukrayna vaxtı ilə 22:00) BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı açıq iclası keçiriləcək. Bu barədə BMT Təhlükəsizlik Şurasının sədri kimi Braziliyanın BMT yanında Daimi Nümayəndəliyi bildirib. Xəbəri “İzvestiya.ru” verib.  

"Rusiya Federasiyasının tələbi ilə Ukrayna kontekstində "Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" mövzusunda görüş keçiriləcək", - məlumatda deyilir. 

Bundan əvvəl, oktyabrın 6-da Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, Rusiya oktyabrın 13-də Ukraynaya silah tədarükü ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib. Ukrayna da öz növbəsində oktyabrın 9-na təyin edilmiş görüşü tələb edib.

P.ƏMİRCANOV
XQ

Dünya