Kərkük Kültür Dərnəyi başqanı Dövlət Arxivinin Şirvan filialında olub

post-img

Kərkük Kültür Dərnəyi (Ankara) başqanı, yazıçı, şair, jurnalist Şəmsəddin Kuzəçi və Əməkdar jurnalist Azər Həsrət Dövlət Arxivinin Şirvan filialında qonaq olublar. Bu barədə XQ-yə filialdan bildirilib. 

Məlumata görə, qonaqlar əvvəlcə filialda təşkil olunan “Müstəqil ölkəmin qəhrəman oğulları” adlı sərgiyə baxış keçiriblər. Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dəyərli türk qadını Qənirə Paşayevanın xatirəsi anılıb, rəhmət oxunub.

Kərkük ədəbiyyatı mövzusunda 70-dən artıq kitabın müəllifi olan Şəmsəddin Kuzəçi arxivə hədiyə etdiyi kitabları barədə kollektivə geniş məlumat verib. İraq-Azərbaycan, Kərkük-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərən tədqiqatçı Azərbaycana səfərləri barədə növbəti kitab üzərində çalışdığını və 24-cü səfərinin Şirvan şəhərinə olduğunu bildirib.

Sonra qonaqlar Şirvan Şəhər Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub. Onlara şəhərin tarixini özündə əks etdirən eksponatlar barədə məlumat verilib.

Rizvan FİKRƏTOĞLU
XQ





Mədəniyyət