ABŞ Konqresi Ukrayna və İsrailə yardımı ayırmağı təklif edir

post-img

ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson “Fox News” telekanalına müsahibəsində deyib ki, Ukrayna və İsrailin maliyyələşdirilməsi ayrı-ayrılıqda həyata keçirilməlidir. Məlumatı “İnterfaks.ru” verib.

Conson açıq şəkildə bildirib ki, o, Ağ Evin Ukrayna və İsrailə 106 milyard dollarlıq yardım paketi tələbini dəstəkləməyəcək.

O, ABŞ Prezidenti Co Baydenlə görüşdə deyib: “Nümayəndələr Palatasındakı  respublikaçılar arasında bu məsələləri bir-birindən ayırmaq lazım olduğuna dair konsensus var”.

Spiker qeyd edib ki, qanunvericilər “xərclənmiş pullar haqqında hesabatlar”, habelə administrasiyanın Ukrayna ilə bağlı gələcək planları haqqında məlumat almaq istəyirlər.

İsrailin "Haaretz" qəzeti də yazıb ki, ABŞ Senatındakı respublikaçılar İsrail və Ukraynaya yardımı iki ayrı hissəyə bölməyə çalışırlar.

Nəşrin məlumatına görə, respublikaçı senatorlar Bayden administrasiyasının İsrailə təklif etdiyi təcili yardımla Ukraynaya yardımı ayırmağa yönəlmiş qanun layihəsi hazırlayıblar.

P.ƏMİRCANOV

Dünya