David Camalyan: Fransa ilə hərbi əməkdaşlıq Ermənistana o qədər də böyük fayda gətirməyəcək

post-img

“Fransa ilə hərbi əməkdaşlıq Ermənistana o qədər də böyük fayda verməyəcək, lakin İrəvanla Moskva arasında əməkdaşlığa ciddi ziyan vuracaq. Çünki Parislə münasibətlər birləşmə prinsipi üzərində deyil, müxalifət prinsipi üzərində qurulub”.

“Caliber” erməni mətbuatına istinadən xəbər verir ki, bunu hərbi ekspert, Ermənistan müdafiə nazirinin keçmiş müşaviri David Camalyan Parisdə iki ölkənin müdafiə nazirləri arasında aparılan danışıqları şərh edərkən deyib.

O hesab edir ki, Fransadan hər hansı əhəmiyyətli həcmdə silah tədarükündən söhbət getmir, proses kifayət qədər siyasiləşib. Ekspert Fransanın Rusiyaya alternativ kimi təqdim edilməsi cəhdlərini erməni cəmiyyətinə tətbiq edilən böyük yanlış təsəvvür hesab edir.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya