Miçiqan Universitetinin Zoologiya Muzeyində hər biri maye ilə doldurulmuş, içində müxtəlif ilan nümunələri olan şüşə bankalar saxlanılır.
Bu bankalar sürünənlər və suda-quruda yaşayanlar kolleksiyasının yalnız bir hissəsidir. Bu nümunələr ABŞ-da tətqiqat institutu tərəfindən qorunub saxlanılan ən böyük kolleksiyada qorunur.
Qeyd edək ki, ötən ay muzeyə su və qarter ilanları, meşə salamanderləri və digər növlər də gətirilib. Onlar evtanizasiya edilib və 75 faizli etanol məhlula yerləşdirilib. Muzeydə, ümumiyyətlə, 30 min ilan nümunəsi olduğu deyilir.
FİDAN
XQ