Yüksək miqdarda C vitamini tərkibli naringi, immunitet sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur. Xüsusilə, qış aylarında mandarin yemək insanı soyuqdəymə, qrip və digər infeksion xəstəliklərə yoluxmaqdan mühafizə edir. Meyvənin qabıqları da çox faydalıdır.
Təmiz yuyulmuş mandarin qabıqlarını qaynadılmış qaynar suya əlavə edib 5–10 dəqiqə gözləyir, dəmləndikdən sonra içirlər. Bu dəmləmənin faydaları çoxdur.
Naringi qabığından hazırlanmış çay stresi azaldır, xolesterolu balanslaşdırır, xərçəng riskini minimuma endirir, arıqlamağa kömək edir, dərini hamar və yumşaq edir, mədə problemlərində faydalıdır, bədəndən toksinləri çıxarır, sümükləri gücləndirir.
Bu çay, eyni zamanda, göz sağlamlığını da qoruyur.
Z.HÜSEYNLİ
XQ