Çaşır kökü – qurdu tökür

post-img

Çoxillik ot bitkisi çaşır hər il yaz mövsümündə dağları, yamacları bəzəyir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə bitir. Çaşır Azərbaycanda, əsasən, Quba, Qusar və Naxçıvanda geniş yayılıb. 

Ondan bir çox xəstəliklərin müalicə­sində istifadə edirlər. Bu məqsədlə ça­şırın köklərindən istifadə olunur. Belə ki, köklərinin suda dəmlənməsi yaxşı qurdqovucudur. İmmun sistemini güc­ləndirir, uzun müddətli öskürək zamanı çox faydalıdır. Tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyi­nin müalicə və profilaktikasında da çox istifadə edirlər. Bitki metobalizmi sürət­ləndirir, bağırsaqların yaxşı işləməsini tənzimləyir. Çaşırın ən əhəmiyyətli fay­dası orqanizmdəki şəkər səviyyəsinin tarazlığını qorumaqdır. 

Amma hamilə və süd verən qadınlar çaşırdan istifadə etməməlidirlər. Tərki­bindəki bəzi turşuların dölə və südəmər körpəyə mənfi təsir göstərəcəyi deyilir. 

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat