2023-cü maliyyə ilində ABŞ-ın büdcə kəsiri 23 faiz artıb

post-img

Sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcə kəsiri əvvəlki maliyyə ili ilə müqayisədə 320 milyard dollar (23 faiz) artaraq 1,695 trilyon dollar təşkil edib. Bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib. ABŞ-ın büdcə kəsiri 2022-ci maliyyə ilində 1,375 trilyon dollar təşkil edib.

2023-cü maliyyə ilində büdcə gəlirləri 9 faiz azalaraq 4,439 trilyon dollara düşüb. Fiziki şəxslərin gəlirləri üzrə  vergi daxilolmaları 17 faiz azalaraq 2,176 trilyon dollar olub.

ABŞ-ın büdcə xərcləri də azalıb. Bu azalma 2 faiz, və ya 6,134 trilyon dollar təşkil edib. ABŞ büdcəsi sonuncu dəfə 2001-ci maliyyə ilində profisitlə yekunlaşmışdı.

P.ƏFƏNDİ
XQ

Dünya