Yeni mexanizmlə 51 mindən çox insan mənzil problemini həll edib

post-img

2023-cü ilin əvvəlindən 5 minə yaxın Azərbaycan vətəndaşı İpoteka və Kredit Zəmanət Fondundan (AICGF) ipoteka krediti alıb. Min nəfərdən artıq insan mənzil almaq hüququ ilə kirayə mexanizmindən istifadə edib. 

İndiyədək Azərbaycanda 51 mindən çox insan fond vasitəsilə mənzil problemini həll edib: 47,2 mindən çox insan 2,8 milyard manatlıq ipoteka krediti alıb, daha 4 mindən çox insan isə mənzil kirayəsi mexanizmindən istifadə edib.

P.ƏFƏNDİ
XQ

Sosial həyat