ABŞ Vaşinqton Kiyevə hərbi təchizatla bağlı yardımlarını davam etdirəcək. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rüstəm Umarova bildirib. Məlumatı Pentaqona istinadən “İnterfaks.ru” yayıb.
Ostin deyib ki, ABŞ administrasiyası Ukrayna Silahlı Qüvvələrinin lazımi resurslara malik olmasını təmin etmək niyyətindədir.
Nazirlər, həmçinin Ukraynadakı son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden cümə günü Konqresə Ukraynaya bir il ərzində 61,4 milyard dollar məbləğində maliyyə yardımı göstərilməsi üçün sorğu göndərib . Bundan əlavə, Ağ Ev İsrailin müdafiəsini gücləndirmək üçün 14,3 milyard dollar, ABŞ-Meksika sərhədini qorumaq üçün 13,6 milyard dollar və digər milli təhlükəsizlik məqsədləri üçün 7,4 milyard dollar tələb edib.
P.ƏMİRCANOV
XQ