PKK/KCK terror təşkilatının Norveç qadın qolunun lideri Şirin Tokpınar İstanbulda saxlanılıb. İstanbul Təhlükəsizlik İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları PKK/KCK-nın fəaliyyətini deşifrə etmək üçün araşdırma aparıb. Məlumatı “Anadolu” verib.
Məlum olub ki, PKK/KCK-nın Norveçdəki qadın qolu adlandırılan təşkilatın rəhbərlərindən Şirin Tokpınar hər il Türkiyəyə qohumlarını ziyarət etmək, həmçinin təşkilata loyal ailələrlə görüşmək, eləcə də dövlət tərəfindən insanların təqib olunun-olunmamasını araşdırmaq və bu barədə Norveç hakimiyyətinə məlumat vermək üçün gəlirmiş”.
Təhlükəsizlik qüvvələri şübhəlinin oktyabrın 12-də Şırnak-İstanbul və İstanbul-Höteburq (İsveç) reysləri üçün bilet sifariş etdiyini müəyyənləşdirib.
Məlum olub ki, şübhəli PKK/KCK adından topladığı maddi yardımı da Almaniya vasitəsilə Şimali İraqdakı terrorçulara köçürüb.
Zəruri polis prosedurlarından sonra o, məhkəməyə göndərilib və barəsində həbs-qətimkan tədbiri seçilib.
P.ƏMİRCANOV
XQ