Aİ Yaxın Şərq sülh prosesini təcili bərpa etməyə çağırır

post-img

Aİ İsraildəki münaqişənin bütün tərəfləri iki dövlət prinsipi əsasında Yaxın Şərq sülh prosesini bərpa etməyə və daha da gərginliyin qarşısını almaq üçün “Fələstin Muxtariyyətinin qanuni hakimiyyət orqanları” ilə işləməyə çağırıb.

TASS xəbər verir ki, bu barədə Aİ-nin dövlət və hökumət başçılarını birləşdirən Avropa Şurasının bazar günü yaydığı bəyanatda deyilir.

“Biz Yaxın Şərq sülh prosesini yenidən başlatmaqla iki dövlət prinsipinə əsaslanan məzmunlu və davamlı sülhə nail olmağa sadiqik. Biz Fələstin Muxtariyyəti ilə və daha da gərginliyin qarşısını almaq üçün müsbət rol oynaya biləcək regional və beynəlxalq tərəfdaşlarla geniş əlaqənin zəruriliyini vurğulayırıq”, - sənəddə deyilir.

Bəyanatda Aİ-nin bütün əvvəlki bəyanatları təkrarlanır: İsrailə hücum pislənilir, HƏMAS-dan bütün girovları dərhal azad etməyi tələb edilir, İsrailin özünümüdafiə hüququnu, Qəzza əhalisini qorumaq və onlara humanitar yardım göstərmək zərurəti bir daha təsdiqlənir.

S.ELAY

XQ

Dünya