NATO bəyanat yaydı

post-img

Kosovonun şimalında baş verən hadisələrdən sonra NATO-nun tələbi ilə təyin olunmuş 200 ingilis əsgəri Kosovaya gedib.

NATO-dan verilən yazılı açıqlamada, NATO-nun Kosovadakı Sülh Qüvvələrini (KFOR) gücləndirmək üçün dünən 200 İngilis əsgərinin ilk kontingentinin Kosovaya getdiyi bildirilib.

"Əsgərlər artıq Kosovada olan 400 nəfərlik Britaniya kontingentinə qoşulublar", - məlumatda deyilir. 

Britaniya Müdafiə Nazirliyi sentyabrın 24-də Kosovanın şimalında baş verən hadisələrdən sonra Böyük Britaniya qüvvələrinin NATO-nun Kosovadakı sülhməramlı missiyasına qatılmasına qərar verildiyini açıqlayıb.

Qeyd edək ki, KFOR 1999-cu ilin 12 iyun ayında Kosovada sülhü və sabitliyi dəstəkləmək məqsədi ilə həyata keçirilən sülhə dəstək əməliyyatına rəhbərlik edir.

Anar ƏLİ,
XQ

Dünya