6 min illik ayaqqabı

post-img

İspaniyada XIX əsrdə mədənçilər tərəfindən talan edilmiş yarasa mağarasında bir sıra qədim obyektlər aşkar edilib. Onların arasında ayaqqabı tapılıb ki, alimlər onun Avropanın ən qədim ayaqqabısı olduğunu iddia edirlər.

Quru otlardan toxunan sandalların, təxminən, 6 min il yaşı var. Mağaranın aşağı rütubəti və sərin küləkləri onları qeyri-adi dərəcədə yaxşı qoruyub saxlayıb. Analiz edilən sandalların tikintisində müxtəlif növ otlardan, eyni zamanda dəri və əhəng materiallarından istifadə edilib.

“Obyektlər Cənubi Avropadan indiyə qədər məlum olan ən qədim və ən yaxşı qorunan bitki lifi materiallarıdır. Xammalın müxtəlifliyi və emalı tarixdən əvvəlki icmaların bacarıqlarını ortaya qoyur”, - deyə tədqiqatın həmmüəllifi Maria Herrero  bildirib.

Aytən
XQ

 

Dünya