Özbəkistan Prezidenti Almaniya ilə əməkdaşlığın perspektivlərinə inanır

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri dövlət başçılarının Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşündə iştirak edib. Məlumatı Özbəkistan liderinin mətbuat xidməti yayıb.

Məlumata görə, görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri Kasım-Jomart Tokayev, Sadır Japarov və İmaməli Rəhman, eləcə də Türkmənistan Xalq Məslisinin sədri Qurbanqulu Berdiməhəmmədov da iştirak ediblər.  

Dövlət başçıları konstruktiv siyasi dialoqun möhkəmləndirilməsi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya və mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Avropa İttifaqı çərçivəsində regional təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsinin aktual aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistan Prezidenti öz çıxışında “Mərkəzi Asiya ölkələri-Almaniya” formatında qarşılıqlı əməkdaşlığın perspektivləri üzərində dayanıb. 

P.ƏMİRCANOV

XQ

 

Dünya