Fransa Zəngəzurda konsulluq açmaq niyyətindədir

post-img

Fransa Zəngəzurda (Ermənistanın Sünik rayonu - red) konsulluq açacaq.

Erməni mətbuatının yazdığına görə, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyanın iclasında Fransanın erməniləri qorumaq üçün hansı addımlar atması ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Sünik bölgəsində konsulluq mərkəzi açacağıq”, - deyə Kolonna bildirib.

O, həmçinin qeyd edib ki, Fransa dəfələrlə Ermənistanı dəstəkləyib, o cümlədən BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb və Parisin məcburi köçkünlər üçün İrəvana ayıracağı maliyyə dəstəyini xatırladıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya