Ukrayna Polşa ilə əməkdaşlığı davam etdirəcək

post-img

Ukraynanın müdafiə naziri Rüstəm Umerov polşalı həmkarı Mariuş Blaşşakla iki ölkənin münasibətlərindəki gərginliyə baxmayaraq, ikitərəfli əməkdaşlığı müzakirə etmək niyyətindədir.  Bu barədə CNN-ə istinadən “İzvestiya.ru” verib.

“Biz tərəfdaşlarımızala əməkdaşlığı davam etdiririk. Müdafiə nazirləri arasında heç nə dayanmayıb, bütün əməkdaşlıq, onun bütün modallığı qorunuz saxlanır”, - deyə Umerov qeyd edib. 

O, bəyan edib ki, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Polşanın müdafiə naziri ilə telefon danışığı aparmaq niyyətindədir. 

Paşa ƏMİRCANOV
XQ

Dünya