Türkiyə Rumıniyaya sutkada 4 milyon kubmetr qaz verəcək

post-img

Türkiyənin BOTAŞ neft-qaz şirkəti Rumıniyanın OMV Petrol neft şirkəti ilə bu ölkəyə sutkada 4 milyon kubmetr təbii qaz verilməsi ilə bağlı müqavilə imzalayıb. Bu barədə BOTAŞ-ın mətbuat xidmətinə istinadən “Anadolu” məlumat yayıb. 

Rumıniyaya qazın ötürülməsinə oktyabrın 1-dən başlanacaq. Şirkətdən bildirilib ki, tərəflər nəql, qoruma, qazın çıxarılması və satışı, eləcə də texnoloji yaşıl enerjinin inkişafı sahələrində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. 

Qeyd edək ki, əvvəllər Türkiyə şirkəti Avropanın enerji təhlükəsizliyinə və qitədə enerji resursları mənbələrinin diversifikasiyasına öz töhfələrini verərərk, təbii qazın nəqli ilə bağlı Yunanıstan, Bolqarıstan və Macarıstanla vacib müqavilələr imzalayıb, 

Paşa ƏMİRCANOV
XQ 



İqtisadiyyat