Misir Qazaxıstandan taxıl almağı planlaşdırır

post-img

Dünyada buğdanın ən böyük alıcısı olan Misir idxal xərclərini azaltmağa çalışır. Bu məqsədlə Qazaxıstandan buğda alışının maliyyələşdirilməsi üçün Əbu-Dabi Kommersiya Bankı ilə danışıqlar aparır.

“Reuters” xəbər verir ki, Qazaxıstandan buğdanın alınması üçün kredit müqaviləsi üzrə danışıqlar ilkin mərhələdədir. 

Bundan əlavə, buğdanın qiyməti və miqdarı ilə bağlı danışıqlar aparılır.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya