Kreml ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə görüşlərini izləyib

post-img

Rusiya ABŞ Prezidenti Co Baydenin BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşünü izləyib, ancaq Moskva üçün əsas olan region dövlətləri ilə öz dialoqunun davam etdirilməsidir. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 

Peskov deyib: “Asiya ölkələrinin ABŞ-la, yəqin ki, öz münasibətləri var. Şübhəsiz ki, bu ölkələrin belə görüşlər keçirmək üçün hüquqları da var. Biz, əlbəttə, bunları diqqətlə izləyirik. Bizim üçün əsas olan bu deyil, əsas olan bizim öz dialoqumuzun davam etdirilməsidir”. 

O, Rusiya hökumətinin benzin və dizel ixracını azaltması barədəki qərarına da toxunaraq bildirib ki, bu, vaxtında atılmış addımdır. Eyni zamanda, məhdidiyyət yanacaq bazarında sabitlik yaradılması üçün nə qədər lazımdırsa, o qədər davam edəcək. 

Paşa ƏMİRCANOV
XQ

Dünya